ABŞ-Azərbaycan gərginliyi

Azərbaycandan sərt açıqlama

ABŞ və Azərbaycan münasibətlərində yeni gərginliyin əsası qoyulub. Bunu da unutmayaq ki, ABŞ-in Azərbaycandakı yeni səfiri hələ fəaliyyətə başlamayıb və buna görə gərginlik daha da güclənəcək. Çünki iki dövlət münasibətləri, dövlətlərarası məsləhətləşmələri aparmaq üçün siyasi fiqur ABŞ tərəfindən yoxdur və bu boşluqdan müəyyən qüvvələr istifadə edir.
Ekspertlər də təsdiqləyir ki, ABŞ daxilində bu münasibətlərə kölgə salan bir sıra qüvvələr də mövcuddur.Bununla bağlı ABŞ üzrə ekspert Vüqar Əhmədov "Unikal"a açıqlamasında hətta konkret adlarda çəkdi:" Bu qüvvələrın arasında ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin keçmiş rəhbəri Aleks Qriqorevs və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın adını qeyd etmək istəyirəm. Hesab edirəm ki, Aleks Qriqorevs öz qanunsuz əməlləri və səfir Morninqstar öz əsassız bəyənatları və açıqlamaları ilə iki ölkə arasında münasibətləri çox gərgin bir mərhələyə gətirib çıxardı.Mən bununla bağlı fikirlərimi ABŞ-dakı bizim Amerikalı tərəfdaşlarımıza çatdırmışam və onlar da razılaşıblar bu məqamlarla və öz növbəsində bu vəziyyəti ABŞ-ın müxtəlif dairələrində ictimailəşdirəcəklərinə söz veriblər. Onlar özləri də bu gün Obamanın xarici siyasətindən çox narazıdırlar". Ekspertlər hesab edir ki, hazırkı vəziyyətdə ABŞ-da fəaliyyət göstərən erməni lobbisidə kifayət qədər aktivləşib. Onların məqsədi isə budur ki, iki ölkə arasındakı münasibətrləri tamamı ilə sıradan çıxartsınlar. Ümumilikdə götürəndə isə aydın olur ki, ABŞ-Azərbaycan münasibətləri tarixində hər zaman enmə və qalxmalar olub. Hansı halda hakimiyyətdə respublikaçılar olubsa iki ölkə münasibətləri qaydasında olub. Nə zaman demokratlar hakimiyyətə gəlibsə o zaman ABŞ-Azərbaycan münasibətləri kifayət qədər gərginləşib. Ümumilikdə götürəndə isə hesab edirlər ki, demokratlar hər zaman xarici siyasətdə uduzublar və indidə bunun nümunəsini ABŞ-Azərbaycan münasibətlərində görürük. Bu arada isə okeanın o tayından növbəti bəyanat gəlib. Amma bəyanat cavabsız qalmayıb, PA rəsmisi sərt şəkildə etirazını bildirib. "Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər". Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bunu öz "Twitter" səhifəsində yazıb""Belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir. Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, "Twitter"də yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur. Cənab Baer qərəzli fikirləri ilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır", - deyə N. Məmmədov qeyd edib.
Əli