Oliqarx şirkətlərində böyük əndişə
Neftin ucuzlaşması iri məmurların biznesini "vura" bilər
Neftin qiyməti son beş ildə ilk dəfə minimum həddə düşərək 49,92 dollar olub. Brent markalı neftin qiyməti 2009-cu ilin may ayından bəri ilk dəfədir ki, 50 dollardan da aşağı düşüb.
Təhlilçilər neftin qiymətinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar. Yerli ekspertlər isə neftin qiymətinin durmadan enməsinin Azərbaycana təsirləri mövzusunda birmənalı fikir bildirmirlər.
Mətbuata açıqlamalarında müstəqil iqtisadçılar bununla bağlı maraqlı açıqlamalar veriblər, həmçinin qiymətlərin aşağı düşməsinin Azərbaycana nə vəd etdiyinə aydınlıq gətiriblər. Onların əksəriyyəti bu qənaətdədir ki, neftin qiyməti enməkdə davam edərsə, gələn il ciddi problemlər qaçılmaz olacaq
Məsələ burasındadır ki, 2015-ci ildə qiymətin düşməsinin ən çox təsir edəcəyi qurum Dövlət Neft Fondu olacaq. Dövlət büdcəsinin gəlirlərinin 53,4 faizi buradan transfer ediləcək. Burada neftin dünya bazarındakı qiymətini hansı səviyyədə olmasından asılı olmayaraq bu gün 33 milyard aktivləri olan Dövlət Neft Fondu həmin transferi həyata keçirmək imkanına malik olar. Eyni zamanda Dövlət Neft Fondunun, eləcə də dövlət büdcəsinin gəlirlərinin 35 faizi qeyri-neft sektorunun payına düşəcək. Bu isə o deməkdir ki, gəlirlərin 88,4 faizi əslində təmin olunmuş və dünya bazarındakı qiymətindən asılı olmayan gəlirlərdir. 11,6 faiz və ya 2,2 milyard manat birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. Neftin dünya bazarındakı qiyməti aşağı düşərsə, bu 2,2 milyard manatın formalaşması ilə bağlı çətinlik olacaq. O zaman artıq dövlət büdcəsindən infrastruktur layihələrinə ayrılan vəsaitin azaldılacağı ilə bağlı Maliyyə Nazirliyinin qərar qəbul edəcəyi gözlənilir.
Bu isə bəzi oliqarxların sahib olduqları və ya himayə etdikləri "biznes imperiyalarının" ciddi problemlərlə üzləşəcəyi deməkdir. Məsələ burasındadır ki, büdcədən həyata keçirilən, Dövlət Neft Fondunun hesabınea reallaşdırılan əksər investisiya layihələri məhz bəzi oliqarxların nəzarətindəki şirkətlər vasitəsi ilə aparılır. Bir sözlə, müəyyən iri məmurlar neft pulları hesabına investisiya layihələrini həyata keçirməklə özləri üçün ciddi gəlir qaynaqları formalaşdırıblar.
Məlumdur ki, dövlət investisiya layihələri tenderlə həyata keçirilməli olsa da, bu, Azərbaycan reallığında formal prosesdir. Dövlət Satınalmaları Agentliyi Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələrlə bağlı tender elanlarını öz internet səhifəsində yerləşdirmir. Bu da tenderlərin əslində formal xarakter daşıdığını göstərir. Bəzi oliqarxlar öz təsir imkanlarını işə salaraq nəzarətlərindəki şirkətlər üçün iri layihələri asanlıqla ələ keçirə bilirlər.
Ümumiyyətlə, h ər il Azərbaycanın dövlət büdcəsi təsdiq ediləndə müzakirə olunan əsas məsələ investisiya layihələrinin nəzərəçarpan dərəcədə böyük payı olur. BÖu da məhz milyardlarla manatın hər il böyük bir hissəsinin oliqarx şirkətlərinə yönəldilməsi ilə izah edilir. Layihələrin icrası zamanı korrupsiya baş alıb gedir, hər hansı investisiya layihəsi rahatlıqla şişirdilir və bu, müəyyən iri məmurlara fantastik gəlirlər əldə etmək imkanı qazandırır.
Amma neftin ucuzlaşması fonunda artıq bu il investisiya layihələri ilə bağlı müəyyən təhlükələrin yarana biləcəyinə dair proqnoxzlar ortaya çıxıb. Əksər ekspertlər yuxarıda da vurğuladığımız kimi, dövlət büdcəsindən infrastruktur layihələrinə ayrılan vəsaitin azaldılması ilə bağlı Maliyyə Nazirliyinin qərar qəbul edəcəyini istisna etmirlər.
Bu isə oliqarx şirkətlərinin kifayət qədər iri məbləğdə vəsaitdən məhrum olmaq riskini artırır. Bəzi belə şirkətlərdə artıq ciddi narahatlıqların yarandığı, ixtisarların aparılmasından tutmuş maaş ödəmələrində gecikmələrədək müxtəlif problemlərin yaranacağına dair söz-söhbətlər dolaşdığı yönündə informasiyalar gəlməkdədir.
Belə əndişələrin nə qədər haqlı olub-olmadığını zaman göstərəcək. Amma müstəqil iqtisadçı-ekspertlərin ümumiləşdirilmiş qənaəti onu deməyə əsas verir ki, neftin qiymətində ucuzlaşma davam etdikcə, bizim bəzi iri məmurların biznesləri də çətin günlər yaşamağa başlayacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35