"Azərbaycan elmində qocalma gedir"
11:03 25-02-2015
CƏMİYYƏT
"Azərbaycan elmində qocalma gedir"
Milli Məclis "Elm haqqında" qanun layihəsini ilk dəfə müzakirəyə çıxardı
Milli Məclisin keçirilən iclasında "Elm haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev danışıb. Onun fikrincə, elmin cəmiyyətdə rolu danılmazdır və dövlətin inkişafında da mühüm amildir: "Elmdə, innovasiyalarda üstünlük əldə etməklə güclü inkişafa nail olmaq mümkündür".
Komitə sədri dövlət büdcəsindən elmə, təhsilə ayrılan xərclərin əhəmiyyətindən də söz açıb. O bildirib ki, dövlətin elmə, təhsilə qayğısı göz qabağındadır. Şəmsəddin Hacıyevin sözlərinə görə, "Elm haqqında" qanun layihəsi hazırlanarkən, beynəlxalq təcrübə əsas götürülüb: "Layihədə elm sahəsindəki mürəkkəb sistemlərin hüquqi müstəviyə çıxarılması, elmin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur. Azərbaycan Milli Elmlər Akademiyası ali elmi təşkilat kimi müəyyən edilib. Bundan başqa, onun səlahiyyətlərinin və məsuliyyətinin də artırılması qeyd edilib".
Komitə sədri Azərbaycan elmində qocalma tendensiyası müşahidə edildiyini də vurğulayıb. Onun fikrincə, Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir:
"Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır".
Şəmsəddin Hacıyev qeyd edib ki, layihədə müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb: "Qanun layihəsində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, elmin özünü maliyyələşdirməsi mexanizmləri də qanun layihəsində nəzərdə tutulub".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27