Müxaliflər bir araya gəldi
09:36 14-03-2015
CƏMİYYƏT
Müxaliflər bir araya gəldi
Bir neçə partiya mövcud durum və perspektivləri müzakirə ediblər
AMİP-in təşəbbüsü ilə "Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər" mövzusunda tədbir keçirilib.
Müzakirələrdə Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev bildirib ki, proporsional seçkinin ləğvi siyasi partiyaların zəifləməsinə səbəb olub. Onun sözlərinə görə, gənclər siyasi partiyalara heç bir perspektiv olmadığı üçün gəlmir: "Yəni, gənc siyasi fəaliyyətlə ona görə məşğul olur ki, bu, onun üçün tranplin rolunun oynasın. Ölkədə siyasi maarifləndirmə ləng gedir. Bu gün radikal qüvvələrin ortaya gəlməsi siyasi qüvvələrin sıradan çıxması ilə baş verdi. Hər həftə demək olar ki, radikal dini qruplaşmaların zərərsizləşdirilməsi xəbərini oxuyuruq".
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bildirib ki, müstəqilliyimizin əldə olunmasında öz töhfəsini verən partiyalar dövlət quruculuğundan kənarda qalıb. Onun sözlərinə görə, xalqın problemlərini parlamentdə dilə gətirən partiya rəhbərləri var: "Ancaq başqa məqsədlərlə orada oturanlar da var. Dağlıq Qarabağ məsələsində hökumət nümayəndələri doğru qeyd edir ki, münaqişənin həlli üçün ikili standartlardan istifadə edirlər. Hesab edirəm ki, bu məsələdə siyasi partiyaların gücündən də istifadə edilməlidir".
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib ki, siyasi partiyaların problemləri həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Onun sözlərinə görə, subyektiv səbəblərə sırasında siyasi partiya liderlərinin bir-birinə olan münasibəti də daxildir: "Bu gərginlik hətta partiya sədrinin digərinə söyüşlər səviyyəsində özünü göstərir. Bunda başqa müxalif siyasi partiyalara fəaliyyəti üçün şərait yaradılmalıdır. Eyni zamanda siyasi partiyaların maliyyələşməsi məsələsinə də yenidən baxıla bilər".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27