Göygöldə sərxoş piyadanı maşın vurub.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Mahir Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, M.Həsənov hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov