"Çin və ABŞ arasında qarşıdurma və ya hətta münaqişə hər iki ölkə üçün itki olardı". 

"Unikal" xəbər verir ki, bu barədə Pekində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşü zamanı Çinin xarici işlər naziri Van Yi bildirib.

Eyni zamanda, o ifadə edib ki, qlobal problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq həm Çin, həm də ABŞ üçün qələbə olacaq.

Həmçinin görüş zamanı Van Yi ABŞ-yə Çinin təhlükəsizlik qırmızı xətlərini pozmağa qarşı xəbərdarlıq edib. 

Gülayə Mecid