"Mançester Siti" futbolçusu İlkay Gündoğanla yeni müqavilə bağlamaq istəyir.

"Unikal" xəbər verir ki, keçən yay "Barselona"ya transfer şansı olsa da, 31 yaşlı yarımmüdafiəçi "şəhərlilər"də qalmağa üstünlük verib. Premyer Liqa klubu bir çox klublardan təklif alan Günoğanı əldən buraxmaq istəmir. Klub 2023-cü ilin iyun ayında müddəti başa çatacaq müqaviləni yeniləmək istəyir.

 Gündoğan son qərarını yanvar-fevral ayında verəcək. 

Qeyd edək ki, "Mançester Siti" türk əsilli Almaniya millisinin üzvünü 2016-cı ildə "Borussiya"dan heyətinə qatıb.