Belçikanın paytaxtı Brüsseldə azərbaycanlılar İran əleyhinə aksiya keçirir.

"Unikal" xəbər verir ki, nümayiş Lüksenburq meydanında təşkil olunub. Buradan Avropa Parlamenti binasının önünə doğru yürüş keçirilir.

Yürüşdə "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan oyaqdır, varlığına dayaqdır", "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi" şüarları səsləndirilib.