İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mart ayının 27-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. 

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın XİN rəhbəri "Twitter" hesabında yazıb. 

"Balanslaşdırılmış xarici siyasət və dinamik hökumət diplomatiyasının həyata keçirilməsi düzgün yoldadır", - nazir qeyd edib. 

Ağarza Elçinoğlu