Türkiyənin şərqində və cənub-şərqində, Kahramanmaraş, Adıyaman, Hatay və Malatya vilayətlərində fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra ilk dəfə məktəblər açılıb.

"Unikal" xəbər verir ki,  bu barədə TRT Haber məlumat yayıb. 

Telekanal xəbər verir ki, “Bu gündən etibarən Kahramanmaraş, Adıyaman, Hatay və Malatya əyalətlərində təhsil prosesi tədricən bərpa olunmağa başlayıb”.

Kahramanmaraş vilayətində 3101 şagirdin təhsil aldığı Andırın rayonundakı məktəblərdə təmir işləri başa çatdıqdan sonra şagirdlər üçün məktəb zəngi çalınıb.

Gülayə Mecid