Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində mülki şəxsləri daşıyan sərnişin avtobusuna hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev özünün "Telegram" kanalında yazıb.

Qəza Belqorod rayonunun Dubovoye kəndi yaxınlığında baş verib. Zərbə nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kritik hesab olunur.

Hücum zamanı avtobusdan əlavə üç minik avtomobili də zədələnib.

Ağarza Elçinoğlu