Bu gün Türkiyə parlamentində 28-ci qanunvericilik dövrü başlayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, MHP lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində (TBMM) and içən ilk millət vəkili olub.

Baxçalının sədrliyi ilə keçirilən ilk iclasda deputatlar növbə ilə and içiblər.

Digər tərəfdən, millət vəkili seçilə bilməyən CHP sədri Kamal Kılıçdaroğlu da mərasimi izləyənlər arasında olub. Diqqətçəkən başqa bir detal isə altı nəfərlik masada oturan digər liderlərin məclisə qatılmaması olub.

Belə ki, Meral Akşener, Temel Karamollaoğlu, Əhməd Davudoğlu və Gültekin Uysal Məclisə qatılmayıb.

Gülayə Mecid