Rusiya Federasiyasının bir sıra bölgələrində prezident Vladimir Putinin üç sərhəd bölgəsində hərbi vəziyyətin tətbiq olunduğunu elan etməsi haqqında müraciəti səsləndirilib. 

"Unikal" xəbər verir ki, Kreml bunu xaker hücumu kimi qiymətləndirib. Putinin sözçüsü Dmitri Peskov belə bir müraciətin mövcud olmadığını açıqlayıb. 

Müraciətdə Putin iddia edir ki, guya iyunun 5-də Ukrayna qoşunları Kursk, Belqorod və Bryansk vilayətlərinin ərazisini işğal edib və bununla bağlı bu rayonların ərazisində xüsusi rejim tətbiq edilir: "Bu gün ümumi səfərbərlik haqqında fərmanı imzalayacağam". 

Müraciət müvafiq olaraq Rostov, Belqorod və Voronej vilayətlərinin televiziya və radiolarında yayımlanıb. 

Ağarza Elçinoğlu