Hindistanda inşaatçılar yola asfalt çəkmək əvəzinə xalça səriblər.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, məsul şəxslər işin daha inandırıcı görünməsi üçün onu asfalt qırıntıları ilə doldurublar.

Məlumata görə, yerli sakinlər uzun müddətdir ki, məmurlardan yolların təmir olunmasını xahiş edirdilər. Təmir işlərinə ötən ay başlanılıb.  

Təmir şirkəti iddia edir ki, yolun tikintisində ən son alman texnologiyasından istifadə olunub.

Ağarza Elçinoğlu