Ukraynanın müdafiə naziri Mixail Fyodorov "Telegram" kanalında vida paylaşımı ilə vəzifəsindən getdiyini bildirib. 

"Unikal" xəbər verir ki, o yazıb: "Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək böyük şərəf idi."

Paylaşımda Fyodorov bu vəzifədəki nailiyyətlərini və çatışmazlıqlarını sadalayıb, hərbi innovasiyalara diqqət yetirməyə davam edəcəyini bildirib.