Ukrayna Silahlı Qüvvələri bir gündə 2 "Leopard 2" tankı və 13 "Bradley" piyada döyüş maşınını itirib.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzetinin hərbi müşahidəçisi Julian Röpke məlumat verib.

“Məlumata görə, Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadası gün ərzində ən azı iki “Leopard” və 13 “Bradley” tankını itirib”, - Röpke bildirib.

Onun sözlərinə görə, hadisə Zaporojye rayonunun Malaya Tokmaçka kəndindən 3.5 kilometr cənubda baş verib.