Pirallahı qəsəbəsində yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Novruz şənliyi keçirilib.

"Unikal" xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və digərləri çıxış edərək  bu il Novruz tonqallarının bütün ölkə ərazisində qalanmasının xalqımıza xüsusi bir sevinc və sonsuz qürur hissləri yaşatdığını deyiblər. Ölkəmizdə bayram tədbirlərinin yüksək əhvali-ruhiyyədə və ərazi bütövlüyü təmin olunmuş şəraitdə qeyd edilməsində məhz qəhrəman Vətən övladlarına borclu olduğumuz vurğulanıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilənib.

Tədbir bədii hissə ilə davam edib.

Sonda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Qeyd edək ki, Novruz bayramı münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Pirallahı qəsəbəsində yerləşən Zəfər parkında ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı ərazidə qəsəbənin torpaq-iqlim şəraitinə uyğun 250 ədəd ağac və gül kolları əkilib.