Ermənistanın Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə,  istintaq sirri olduğundan adları ictimaiyyətə açıqlanmayan hərbçilər tabeliyindəki əsgərlərə etirazların baş verdiyi əraziyə getməyi tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə ataraq, aksiya iştirakçılarına qatılıblar.

***09:32

Ermənistan Müdafiə Nazirliyi hərbiçilərə xəbərdarlıq edib.

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər ki, hərbçilərin siyasi proseslərə cəlb edilməsinə hər hansı cəhd proporsional hüquqi qiymət alacaq.