Tanınmış sahibkar Nusret Gökçenin restoranına silahlı hücum edilib.

"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında iş adamının İstanbulun Beşiktaş şəhərindəki restoranında qeydə alınıb. 

Hücum nəticəsində ölən və yaralanan olmayıb. Silahlılar motosikletlə qaça bilib. 

Aparılan araşdırmalar nəticəsində ərazidə 11 ədəd boş patron aşkar edilib.

Ağarza Elçinoğlu