Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 1,6% və ya 1,42 dollar artaraq, 88,59 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, bundan əvvəl "Azeri Light" 87,17 dollara ticarət edilib.