Rusiya sərhədçilərinin "Zvartnots" aeroportundan çıxarılması məsələsi həll olunub.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmirlər: "Bu, artıq Ermənistan üçün qərarlaşdırılmış mövzudur, məncə, burada heç bir müzakirə aparılmır. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, idarələrarası saziş idi, məqsədi həmin ərazidə erməni sərhədçilərinə kömək etmək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur. Xəbər verdik, sağ ol, kömək etdin, amma indi o köməyə ehtiyacımız yoxdur". 

Ağarza Elçinoğlu