Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərişinə əsasən respublikanın bütün avtovağzal və avtostansiyaları 18-26 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

"Unikal" AYNA-ya istinadən xəbər verir ki, bayram ərəfəsində və bayram günlərində 2416 reys həyata keçirilib. Bu reyslər zamanı 64 min 296 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.