Bu gün keçmiş Artsax Respublikasının (Azərbaycanın Qarabağ bölgəsi) bütün ərazisində 10-11 erməni qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan "Le Figaro" qəzetinə müsahibəsində deyib. 

O, Azərbaycanda həbsdə olan ermənilərlə bağlı suala belə cavab verib: "Artsaxın səkkiz keçmiş lideri Bakıda həbsdədir. 2023-cü ilin sentyabrında əsir götürülən daha 7 erməni əsgər də saxlanılıb".

O, Fransadan erməni separatçılarını azad etmək üçün Azərbaycana təzyiq göstərməsini xahiş edib.  

Ağarza Elçinoğlu