Noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak edəcək keçmiş ABŞ prezidenti Donald Tramp internet vasitəsilə dini kitab satışına başlayıb.

"Unikal" xəbər verir ki, keçmiş prezident özünün "Truth" sosial media hesabında yayımladığı videoda seçicilərini sözügedən kitabı almağa çağırıb.

Belə ki, o, paylaşımında bu həftə qeyd olunacaq "Müqəddəs Cümə" və "Pasxa" bayramlarına toxunub: "Müqəddəs Həftəniz Mübarək! Amerikanın yenidən ibadət etməsinə yardım edək. Sizləri "Tanrı ABŞ-ni qorusun" kitabının bir nüsxəsini almağa dəvət edirəm". 

Qeyd edək ki, Donald Trampın internet saytında satışa çıxardığı İncil 59,99 (101 manat) dollara satılır.

Zərifə Nağıyeva