Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistana səfər edəcəklər. 

"Unikal" "Armenpress"ə istinadən xəbər verir ki, İrəvanda və Aİ müşahidəçi missiyasının ofisində görüşlər planlaşdırılır.

Səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında təsəvvür əldə etməkdir.

Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.