"İnter Mayami" yeni transferini rəsmiləşdirib.

"Unikal" xəbər verir ki, MLS təmsilçisi "Boka Xuniors"un müdafiəçisi Marselo Veyqandtı heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə bu ilin yayınadək müqavilə imzalanıb. Sözləşməyə əməkdaşlığın 1 illik uzadılması variantı da daxil edilib. 

Qeyd edək ki, Veyqandt Lionel Messi də daxil olmaqla, MLS klubunun 9-cu (ikili vətəndaşlığı nəzərə alsaq) argentinalı üzvü olub.

Ötən mövsüm Veyqandt 32 oyun keçirib, 2 qol vurub və 5 qolun ötürməsini edib.