Rusiya prezidenti Vladimir Putin Paşinyanın Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına çox təəccüblənib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya" nəşrinə müsahibəsində deyib. 

"Ancaq 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin Emmanuel Makron tərəfindən hazırlanmış qondarma sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə sənəd imzaladılar. Bu barədə bizə heç kim məlumat verməyib. Daha sonra Putin növbəti görüşdə Paşinyana deyib ki, "Sizin belə qərar verməyiniz bizi təəccübləndirdi". Heç bir izahat yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərlə yanaşı, DQ-nin statusu məsələsi də hansısa yolla həll olunmalıdı və biz bunu edirik", - Lavrov bildirib.

XİN rəhbərinin sözlərinə görə, Paşinyan bu ərazinin Azərbaycanın bir hissəsi olduğunu imzalayanda status məsələsi ortadan qalxıb.

Ağarza Elçinoğlu