“Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaq pullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, cavan qızlar ana olmaq istəmirlər: “Ailə məsələsi, gender proqramları, ailə institutunun nizamlanması və s. nəyə xidmət edir, hansı gizli layihənin bir hissəsidir başa düşə bilmirəm. Uşaq pulunu kəsməklə o proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq.

Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Rayonlardan gəlmiş müraciətlər var. Veteranlar yazır ki, 65 yaş çoxdur, təqaüd yaşı 60-a endirilsin. Ümumiyyətlə, anaların, qadınların təqaüdə çıxmaq yaşını irəli çəkmək lazımdır. Dövlət idarələri  bu barədə düşünsün. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksək rəqəmdir. Biz deyirik uzunömürlülər vətəni, amma bu artıq nağıl kimi keçmişdə qaldı”.

Anar Kəlbiyev