Günümüzün ən çox izlənilən animasiya filmlərindən biri olan "The Simpsonlar" həm kəhanətləri, həm də süjeti ilə sosial mediada tez-tez müzakirələrə səbəb olur.

"Unikal" xəbər verir ki, bu dəfə də həmin filmin ABŞ-nin Baltimor şəhərindəki "Francis Scott Key" körpüsünün qəzasını da əvvəlcədən proqnozlaşdırdığı iddia edilib. 

Belə ki, 35-ci mövsümün 8-ci seriyasından olan epizodda baş qəhrəman "Homer" bir körpünün gəminin çırpılması nəticəsində çökdüyünü görərək qışqırır.

Cizgi filmindən olan başqa bir epizodda isə "Scorpio" siyasətçiləri şantaj etmək və qızıllarını almaq məqsədilə körpünü partlatmaq üçün "qiyamət cihazı"ndan istifadə edir. 1996-cı ildəki bu epizoddan olan görüntüdə kişilərdən biri: "Aman Allahım! 59-cu küçə körpüsü uçdu!",- deyə qışqırır.

Bununla belə, videoda adı çəkilən “59-cu küçə körpüsü” Baltimordakı körpü deyil, Nyu-Yorkdakı Queensboro körpüsü olduğu bildirilir.

Zərifə Nağıyeva