Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu paketə son dörd ildə ən böyük şəxsi məhdudiyyətlər də daxil edilib.

Sanksiyaların 218 fiziki və hüquqi şəxsə şamil edildiyi bildirilir.

Qeyd edək ki, az əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəldiyini açıqlayıb.