"Qodzilla Konqa qarşı" filmi ilə tanınan amerikalı aktrisa Kayli Hottl 18 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Bildirilib ki, aktrisa iyulun 21-də ABŞ-ın Merilend ştatında baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb. Kayli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, 19 yaşlı sürücünün idarə etdiyi avtomobil yüksək sürət səbəbindən yoldan çıxaraq boruya çırpılıb. Sürücü və digər sərnişin sağ qalıb.

Qeyd edək ki, Kayli Hottl aktyorluq fəaliyyətinə uşaq yaşlarından başlayıb. O, 2021-ci ildə "Qodzilla Konqa qarşı" filmindəki rolu ilə məşhurlaşıb, daha sonra "Qodzilla və Konq: Yeni imperiya" filmi və "Maqnum" serialında rol alıb.