Fransada meşə yanğınlarında 42 min hektardan çox ərazi yanıb.

"Unikal" xəbər verir ki, bu da 20 illik müşahidələr ərzində rekord göstəricidir.

"Figaro" qəzetinin Avropa Birliyinin Effis peyk sisteminin məlumatlarına istinadən yaydığı məlumata görə, əvvəlki rekord 2022-ci ildə qeydə alınıb. 2026-cı ildə baş verən yanğınların sahəsi artıq 2025-ci ilin bütün göstəricisini xeyli üstələyir.

Ən böyük yanğınlardan biri Fransanın cənub-qərbində, təxminən 20.000 insanın təxliyə edildiyi Jironde departamentində tüğyan edir. Yanğının sahəsi 5000 hektara yaxınlaşır.

Yanğın Biskarross şəhərinin kənarına yaxınlaşıb və nəticədə 9000 nəfər təxliyə edilib.