2024-cü ildən bəri İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 13 mindən çox həyat və 37 mindən çox əmlak sığortası müqaviləsi imzalanıb.

"Unikal" xəbər verir ki, bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, son 3 ildə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 11,6 min əmlak qiymətləndirilib.

"Adi ipoteka kreditləri hesabına alınan mənzillərin orta dəyəri 175,5 min manat, güzəştli ipoteka kreditləri üzrə hesabına alınan mənzillərin orta dəyəri isə 133,4 min manat təşkil edib. İpoteka kreditlərinin orta məbləği 101 min manat, orta müddəti 290 ay, orta çəkili faiz dərəcəsi 6,4 %, kredit alanların orta yaşı isə 34 olub. Aylıq ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 702 manata düşüb".