Serbiya iqtisadi inkişaf göstəricilərinə görə bu il Avropanın ilk üç ölkəsi sırasında yer alır və Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, 2027-ci ildə qitədə ən yüksək ÜDM artımına malik ölkə ola bilər.

"Unikal" xəbər verir k, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Prva" telekanalına müsahibəsində danışıb.

Dövlət başçısı bildirib ki, iqtisadi artım tempinin yüksək olması ölkəyə irimiqyaslı layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır.

Vuçiç qeyd edib ki, hazırda Serbiyada genişmiqyaslı infrastruktur layihələri icra olunur. Onun sözlərinə görə, Kralyevo, Kruşevats, Çiçevats, Trstenik, Çaçak və Belqrad istiqamətlərində yeni avtomobil yollarının tikintisi davam etdirilir. Prezident vurğulayıb ki, bu cür layihələrin həyata keçirilməsi əvvəlki illərdə ölkə vətəndaşları üçün əlçatmaz görünürdü.