Zakir Fərəcovun istintaqa çağırılması cəfəngiyyatdır
Abşeron Rayon İcra Hakimiyyətindən reaksiya verildi
Bu gün bəzi media orqanlarında Abşeronun icra başçısı Zakir Fərəcov Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətli ilə əlaqədar istintaqa çağırılması ilə bağlı məlumat yayılıb.Məsələylə bağlı dəqiqləşdjirmə aparmaq üçün Abşeron rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İH-dən unikal.org-a verilən məlumatda bildirilir ki, sözügedən məlumatda yazılanlar həqiqəti əks etdirmir və cəfəngiyyatdan başqa bir şey deyil: «Hər şeydən öncə onu nəzərə çatdıraq ki, Abşeronun icra başçısı Zakir Fərəcovun Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətli ilə əlaqədar istintaqa çağırılması tamamilə yalandır. Bu məsələdə Zakir Fərəcovun adının hallanması üçün heç bir əsas yoxdur. Həmin məqalədə qeyd olunur ki, bələdiyyə sədrinin və həyat yoldaşının qətlə yetirən şəxs Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib, qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Yazıdakı bu məqamlar da şər-böhtandan başqa bir şey deyil. Çünki Zakir Fərəcovun Nərgiz adlı bacısı yoxdur. Başçının iki bacısı var. Onlardan birinin 70-dən çox, digərinin 60-dan çox yaşı var və onlar da evdar xanımdırlar. Yəni, onların sürücüləri də olmayıb. İcra başçısının bacısı oğlu Elgiz Fərəcov isə ümumiyyətlə, qeyd olunan sturukturda işləmir».
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05