Azərbaycan idmanında görünməmiş qələbə; Avropa Oyunlarında 11-ci qızıl medalı qazandıq
08:34 18-06-2015
İQTİSADİYYAT
Prezident İlham Əliyev yarışı canlı izlədi və qalibləri özü təltif etdi
Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın hesabına 10-cu qızıl, ümumilikdə isə 22-ci mükafatı sərbəst güləşçi Xetaq Qazyumov yazdırıb. 97 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərinə qalib gələrək, növbəti çempionumuz olub.
Finalda gürcüstanlı Elizbar Odikadze ilə qarşılaşan Qazyumov 3:1 hesablı qələbə qazanıb. Nəticədə Avropa və dünya çempionumuz ilk Avropa Oyunlarını da çempion kimi başa vurub. Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib. Toğrul Əsgərov kimi, Qazyumova da qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib. Prezident İlham Əliyevin izlədiyi sərbəst güləşçilərin mübarizəsində daha bir qızıl medalı sərbəst güləşçi Toğrul Əsgərov qazanıb. Finalda italiyalı idmançı Frank Kamizo Marqueslə qarşılaşan Əsgərov xalçanı qalib kimi tərk edib. Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib.
Avropa Oyunlarında taekvando üzrə yarışlar davam edib. Ayxan Tağızadə yarışa uğurlu start verib. O, sloveniyalı Yure Pantarla döyüşdən 11:3 hesablı qələbə qazanıb. Ayxan Tağızadə polşalı Karol Robakla üz-üzədir. O, qızıl medal uğrunda döyüşüb. Ayxan 10:9 hesabı ilə qızıl medala sahib oldu.
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05