Buş klanının daha bir nümayəndəsi ABŞ prezidenti olacaqmı?
08:42 18-06-2015
İQTİSADİYYAT
Buş klanının daha bir nümayəndəsi ABŞ prezidenti olacaqmı?
Ceb Buş xüsusilə kiçik Corc Buşla müqayisədə mötədil siyasətçi hesab olunur
"Alman dalğası" "Ceb Buş haqqında 4 yanlış təsəvvür" adlı araşdırmada bu suala cavab tapmağa çalışıb. strateq.az həmin məqalənin tərcüməsini təqdim edir.
Ceb Buş haqqında sorğu keçirilərsə onun haqqında belə qısa məlumat toplamaq olar: O, Buş sülaləsinin varisidir, çox zəngindir, Florida ştatının qubernatoru olub, ispan dilində danışır, həyat yoldaşı, Meksikadandır. Ceb Buş xüsusilə kiçik Corc Buşla müqayisədə mötədil siyasətçi hesab olunur. Respublikaçılar Partiyasından olan bir çox həmkarlarından fərqli olaraq, ABŞ-ın immiqrasiya siyasətində islahatları dəstəkləyir. Onunun Respublikaçılar Partiyasının namizədi seçilmək və prezident seçkilərində qələbə qazanmaq şansları çox yüksəkdir.
Bütün bunlar az və yox çox dərəcədə həqiqətdir. Amma qismən... Ona görə ki, Ceb Buş və onun prezident seçilmək şansları ilə bağlı çoxlu yanlış təsəvvürlər var. Onlardan ən vacib 4 yanlış təsəvvür aşağıdakılardır:
İlk yanlış təsəvvür: Ceb Buş - mərkəzçidir
Ceb Buş 8 il ərzində Florida ştatının qubernatoru olub. Bu onun seçkilər yolu ilə tutduğu yegənə vəzifədir. Bu vəzifədə çalışmalarının nəticələrinə görə demək olar ki, Ceb Buş sərt respublikaçı mühafizəkar olub. Bu bardə Florida Universitetində müəllim işləyən politoloq Daniel Smit "Alman dalğası"na bildirib. Buş məktəblərin, həbsxanaların və ictimai nəqliyyatın özəlləşdirilməsinin tərəfdarı kimi çıxış edib: "O mərkəzi deyildi. O yalnız azad bazara tərəfdar çıxan liberal deyildi, həmçinin həmkarlar ittifaqlarına qarşı sərt tədbilər görməyə çalışırdı, dövlət sektorunu əhəmiyətli şəkildə ixtisar etməyə cəhd edirdi".
ABŞ-ın 43-cü preizdenti Corc Buşla müqayisədə Ceb Buş daha mühafizəkar siyasətçidir. Bu barədə "Alman dalğası"nın suallarını cavabalndıran Demokratlar Paryiyasının tanınmış siyasi məsləhətçisi Bab Şram bildirib. Onun sözlərinə görə, Ceb Buşun da xarici siaysət məsələlərində neokonservatorların məsləhətlərini eşidəcəyini onlar arasında oxşar cəhət kimi qeyd etmək olar.
Xatırlatmaq yerinə düşər ki, Ceb Buş 2015-ci ilin ilk yarısında Berlinə, Varşava və Tallinə 5 günlük səfər edib. Varşavada çıxışı zamanı o Rusiya Prezidenti Valdimir Putinin siyasi kursu fonunda çox vacib olan Vaşinqtonun dəstəyi haqda danışıb.
İkinci səhv təsəvvür: Ceb Buş yəqin ki,
Respublikaçılar
Partiyasının
namizədi olacaq
İnamla söyləmək olar ki, o Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq uğrunda yarışda favoritidir. Onun partiya istbleşmentinin sevimlisi olaraq hamıdan çox pulu var. Həmçinin, Buş klanının əlaqələrini də qeyd etmək gərəkdir. Bob Şarm hesab edir ki, bir vaxtalr bu iki amil Ceb Buşun respublikaçıların namizədi olacağına tam təminat verə bilərdi. Amma, indi hələ aydınaıaşdırmaq lazımdır ki, "respublikaçılar yenə son 50 ildə oldulu kimi növbəsi çatanı dəstəkləməyə hazırdılarmı?". Onun sözlərinə bu hər yeni seçki ilə birlikdə bu prinsipə riyaət etmək çətinləşir.
Əgər 2000-ci ildə kiçik Corc Buşa Respublikaçılar Partiyasının namizəd olmaq asan başa gəldisə, 2008-ci ildə bu Con Makkeyn üçün çox cətin sınaq oldu. 2012-ci ildə isə eliatnın ilk seçimi olan Mitt Roumni Rik Santorumla çox ağır mübarizə aparmalı oldu.
Onun fikrincə, Respublikaçılar Partiyasının istibleşmenti proseslərə nəzarəti itirə bilər. Ceb Buş isə prezidentliyə namizəd olmaq istəyən digər respubkilaçılardan pis fiqur deyil: "Amerikalıların prezidentdən gözlədiyi hər çey onda var. Amma əsas sual budur ki, amerikalılar daha bir Buşun prezident olmasını istəyirlərmi?"
Üçüncü yanlış təsəvvür: Ceb Buşun
seçki kampaniyasını dayandırmaq olmaz
Sonuncu dəfə Ceb Buş 2012-ci ildə seçkilərdə iştirak edib. Onu növbəti dəfə Florida ştatının qybernatoru seçiblər. Siyasi və media landştaftında baş verən dəyişiklikər fonunda bu artıq çoxdan olub demək olar. Florida Universiteninin müəllimi Lans de Heyven Smitin təbirincə desək, "o artıq bir az paslanıb".
Ekspert qeyd edib ki, ABŞ prezidenti olmaq üçün insanları sevmək lazımdır. Bu isə Ceb Buş üçün problem ola bilər. Belə ki, o insanlarla dil tapmağı bacaran şəxs kimi tanınmır. B.Şram isə hesab edir ki, Ceb Buşun seçicilərlə emosional bağ qurmağı problem olacaq çünki, o daha çox "ağılla hərəkət edir".
Dördüncü yanlış
təsəvvür: Ceb Buş
Hilları Klintonla
mübarizədə
favorit ola bilər
B.Şram hesab edir ki, H.Klinton prezidentliyə namizəd olarsa, dövlət başçısı postuna seçilməkdə Ceb Buşdan daha çox şansı var. Onun qənaətinə görə, bu cür mübarizədə demokratalar qalib gələ bilər. Çünki, respublikaçılar seçicilərin böyük əksəriyyətinin (gənclərin, ailə həyatı qurmamış qadınların) mənafelərini müdafiə etmirlər və özlərinin immiqrasiya siaysəti ilə ispandilli seçiciləri qorxudurlar.
Lens de Heyven Cmit isə hesab edir ki, Ceb Buş yalnız vaxtıilə Floridada qubernator olduğu üçün bu ştatda daha çox səs ala bilməz. Çünki, o prezident seçkiləri arasında təkrar bu posta seçilib. O vaxt isə bir çox demokratalar seçkilərdə iştirak etməyiblər. Bundan başqa, Ceb Buşun Ayova kimi vacib ştatlarda necə səs alacağını da söyləmək çətindir. Bu ştatlarda nəticələr seçicilər və KİV-lə münasibətlərdən asılıdır.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05