Emin Hüseynovun əcnəbi nazirə qoşulub qaçdı
13:30 19-06-2015
İQTİSADİYYAT
Emin Hüseynovun əcnəbi nazirə qoşulub qaçdı
Dövlətini, millətini satan əxlaqsız və şərəfsiz Emin Hüseynov haqqında şok detallar
Azərbaycan xalqının və dövlətçiliyinin daha bir düşməni, əcnəbi oyuncağı olan daha bir şərəfsiz biabırçı şəkildə Azərbaycandan qaçdı. Bəli, baş verənləri məhz şərəfsizlik və alçaqlığın növbəti həlqəsi adlandırmaq olar. Bir vaxtlar separatçı Əlikrəm Hümbətovun getdiyi yolu indi də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynov "uğurla davam etdirdi"
Bədnam "hüquq müdafiəçisi" Emin Hüseynovun İsveçrənin xarici işlər naziri Didye Burkhalterə qoşulub qaçmasının təfərrüatları ilə tanış olarkən xəcalət çəkməyə bilmirsən... "Unikal" qəzeti olaraq Emin Hüseynovun əcnəbi nazirə qoşulub qaçmasının təfərrüatlarını araşdırmaq qərarına gəldik və ortaya çox ilginc bir tablo çıxdı, siz də tanış olun. Beləliklə...
Emin ABŞ səfirliyinin əməkdaşına yalvarır: "Mənə kömək edin..."
Bu il fevralın 11-də İsveçrə televiziyası jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyinə sığınması barədə olduqca maraqlı məlumat yaymışdı, həmin məlumatdan bəzilərinə nəzər yetirək. Xatırladaq ki, oxuyacağınız faktlar İsveçrənin Milli SRF Telekanalında yayımlanan "Rundschau" verilişi ortaya çıxarıb.
Bildirilir ki, Michael Weiss "Foreign Policy" dərgisində şikayətlənib ki, Bakıdakı ABŞ səfirliyi "amerikalı hərbçi xanımla evli olan Hüseynovun müdafiəsindən imtina edib". Müəllif Emin Hüseynovun uzun müddət hakimiyyətin təqibinə məruz qalmasından, ötən il hüquq müdafiəçilərinin vergidən yayınma, səlahiyyətdən istifadə, casusluq ittihamları ilə həbsə atılmasından yazaraq digər təfərrüatlara aydınlıq gətirir: "Rəsul Cəfərov həbs olunandan sonra Hüseynov torun ona yaxınlaşdığını hiss edirdi. Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Dereck Hogan-la tək qalır. Səfir Richard Morningstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyir ki, Emin Hogan-a bir kağız ötürür: "Mənə necə kömək də bilərsiniz? Həbs oluna bilərəm". Hogan deyir ki, kömək edə bilməz".
Müalicə adıyla ölkədən qaçmaq istəyib, amma...
"Hüseynovun Dereck-lə münasibəti pis deyildi, heç vaxt səfirliyi tənqid etməmişdi, hətta ABŞ-ın Azərbaycana münasibəti tənqid edəndə də diplomatik davranırdı", - anonim qalmaq istəyən mənbə deyir.
"Foreign Policy" Hogan-la əlaqə saxlayır, ona Dövlət Departamentinə müraciət etmək məsləhət görülür. Departament sorğuları cavablandırmayıb.
Daha sonra Hüseynov Türkiyəyə müalicəyə getməyə çalışır, sərhəddən geri qaytarılır. RATİ-nin ofisində axtarış aparılır. Hüseynov gizlənməyə çalışır. Mətbuat onun ABŞ səfirliyinə sığındığını yazsa da, səfirlik avqustun 12-də həmin məlumatı təkzib edir.
"Özü ABŞ vətəndaşı olmasa da, Hüseynovun həyat yoldaşı amerikalıdır, bu fakt onun işini Dövlət Departamenti üçün önə çəkməliydi",- insan haqları fəalları belə düşünürlər.
Saçını boyadı, rəngli paltar geyindi və...
"O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu tanıyıb- tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı", - bir mənbə deyir.
Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı onu İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Hakimiyyət Bakıdakı səfirliklərin qabağında keşik çəkirdi, onun xarici ölkədə sığınacaq almaq istəməsindən xəbərdar idi. "Emin səfirlik ətrafında mülkigeyimlilərin olduğunu anladı. Onunla danışmağa başladılar. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Onu əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır. Beşcə saniyə yubanma olsaydı, Emin həbs oluna bilərdi", - mənbə danışır.
FP yazır ki, aylardır İsveçrə səfirliyinin ətrafını polis kordonu qoruyur
"Human Rights Watch" təşkilatının Cənubi Qafqaz üzrə mütəxəssisi Giorgi Gogia isə bunları deyirdi: "Bilirəm ki, İsveçrə hökuməti Azərbaycanla ən yüksək səviyyədə danışıqlar aparır. Bilirəm ki, hökumət Eminin çıxmasına qarşıdır".
Riçard Kozlariç: "ABŞ kürəkənini qorumalıydı..."
1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Richard Kozlariç səfirliyin mövqeyini anlamadığını bəyan edərək ABŞ-ı Emin hüseynova görə tənqid etməkdən də çəkinmir: "Səfirlik həmin şəxsin Amerika vətəndaşı ilə evli olmasını bilirdisə, ona Azərbaycan vətəndaşından fərqli yanaşmalıydı. Səfirliyin yerləşdiyi ölkənin vətəndaşı üçün çox şey edə bilməzsən, ancaq öz vətəndaşının həyat yoldaşıdırsa, vəziyyət dəyişir", - keçmiş diplomat deyir.
Və...xəyanətkarın qaçışı...
Qərb nəhayət, öz oyuncağını Azərbaycandan çıxartmağa nail olur. Onun bu qaçışını isə İsveçrənin yüksək rütbəli diplomatı, xarici işlər naziri Didye Burkhalter həyata keçirir. İndi sual olunur: Emin Hüseynov nə boyda fiqur olub ki, ABŞ və bəzi Avropa ölkələri onun üçün bu qədər əndişə keçirirdilər? Bu narahatlığın kökündə onun "ABŞ kürəkəni" olması faktının dayanması gülüncdür, əsl səbəb xaricin öz oyuncağını itirmək istəməməsi ilə bağlıdır.
Məlumat üçün bildirək ki, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Avropa Oyunlarının açılışı mərasimində iştirak etmək üçün iyunun 12-də Bakıya gəlmişdi. O, geri qayıdarkən Emin Hüseynovu da özüylə aparıb. Nazirliyin nümayəndəsi Jan-Mark Crevoiser artıq bəyan edib ki, 35 yaşlı Emin Hüseynov hazırda Berndədir, İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var və vizanın müddətinin başa çatmasından sonra bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət etmək hüququna malikdir. İsveçrə XİN rəsmisi Emin Hüseynovun hazırda KİV-lərə açıqlama vermək istəmədiyini də bildirib.
Bəli, bu da gözlənilən bir xəyanətin qısa xronologiyası. İndi, hörmətli oxucu özü qərar versin: Vətənini, dövlətini və xalqını bir əcnəbi nazirə satan Emin Hüseynovu bağışlamaq olarmı?
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05