Elman Rüstəmov bankların "dizini yerə gətirir"
11:49 21-06-2015
İQTİSADİYYAT
Elman Rüstəmov bankların "dizini yerə gətirir"
Vətəndaşları sevindirəcək yenilik: istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik nəyi dəyişəcək?
Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Mərkəzi Bank bank xidmətləri istehlakçılarının hüquqlarının təmin edilməsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılması və əhalinin maarifləndirilməsi ilə bağlı irəliləyişlərə nail olmağa çalışır.
Vergilər Nazirliyinin verdiyi məlumata görə, "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılması" layihəsi çərçivəsində Mərkəzi Bank İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankı ilə sıx əməkdaşlıq əlaqələri qurub.
Mərkəzi Bankdan verilən məlumata görə isə, layihənin məqsədi bank xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində normativ hüquqi bazanın və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif üsul və standartların hazırlanması, tətbiqi, əhalinin geniş kütlələrini əhatə edən məlumatlandırma metod və vasitələrinin tətbiq edilməsindən ibarətdir.
Layihə çərçivəsində "Banklarda və bank olmayan kredit təşkilatlarında maliyyə xidmətləri istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik" hazırlanıb.
Bu sistemin tətbiqi istehlakçılardan daxil olan şikayət, ərizə və təkliflərin kredit təşkilatları tərəfindən araşdırılıb cavablandırılması mexanizminin inkişaf etdirilməsinə, faktiki olaraq məhkəmələrdən kənar arbitraj institutunun formalaşmasına və bu istiqamətdə yeni mərhələnin başlanmasına təkan verəcək. Bu isə öz növbəsində istehlakçı və kredit təşkilatı arasında gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısının alınmasına, istehlakçı məmnunluğunun yüksəlməsinə, kredit təşkilatlarına inamı gücləndirməyə və nüfuz risklərinin azaldılmasına gətirib çıxaracaq. Nəticə etibarilə bu tədbirlər bank sektorun inkişafına və maliyyə sabitliyinin qorunmasına xidmət edəcək.
Bununla yanaşı, Mərkəzi Bank hüquqi-tənzimləyici sistemin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara dəyişikliklər, məsuliyyətli kreditləşmə və istehlakçılarla müqavilə bağlanana qədər onlara təqdim olunacaq məlumatların açıqlanmasına dair Metodoloji Rəhbərlik, kredit təşkilatları üçün nümunəvi davranış kodeksinin layihələrini hazırlamış və bu istiqamətlər üzrə işlər davam etdirilməkdədir.
Xüsusilə, məsulliyyətli kreditləşmə siyasəti çərçivəsində banklardan istehlakçılarla müvafiq davranış prinsiplərinə riayət edilməsi, istehlakçılara gəlirlərinə uyğun məhsulların təqdim olunması, məhsulların qiyməti ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
Bir sözlə, hazırlanan Metodoloji Rəhbərlik bankların vətəndaşlara qarşı bir çox hallarda özbaşına rəftarını önləmək üçün yaxşı fürsətdir. İnanaq ki, Elman Rüstəmovun rəhbəri olduğu qurumun bu təşəbbüsü kağız üzərində qalmayacaq və əməli fəaliyyətlə müşaiyət olunacaq.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05