Ermənistanda xaos yarandı; ölkə bir-birinə qarışdı
09:56 24-06-2015
İQTİSADİYYAT
Sarkisyana qarşı keçirilən aksiyada etiraz edən 237 nəfər tutulub, 18 nəfər yaralanıb
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları elektrik enerjisinin qioymətlərinin artmasına etiraz edərək prezidentin iqamətgahına yürüş edərək Sarkisyandan tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etməyi planlaşdırıblar.
Prezidentin iqamətgahına yürüş zamanı polis qüvvələri onların qarşısını kəsdiyindən etirazçılar yerə oturub. Polis səddinin yanında şəhər polis rəisinin müavini Valeri Osipyanla etiraz edənlərin danışıqları aparılır. Amma razılıq əldə olunmayıb. Yerevan Opera Teatrının binası qarşısına yenidən yüzlərlə insan toplaşıb. Onlar elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz ediblər.
Nümayişə radikal müxalifətin də bir sıra təmsilçiləri qatılıb. 1994-1995-ci illərdə Ermənistan xüsusi xidmət orqanlarının rəhbəri olmuş David Şahnazaryan jurnalistlərlə söhbətində iyunun 23-də etiraz aksiyasının dağıdılmasında polisin hədsiz güc tətbiq etməsini qınadığını bildirib.
Hazırda aksiya iştirakçıları prezident sarayının, parlamentin və digər dövlət müəssisələrinin yerləşdiyi Marşal Baqramyan prospekti ilə hərəkət edirlər. Burada polis kardonu ilə üzləşən mitinq təşkilatçıları Yerevanın mərkəzinə - Respublika meydanına tərəf getmək, yoxsa Opera Teatrının qarşısına qayıtmaq məsələsini nəzərdən keçirirlər. Polis nümayişçiləri yolun hərəkət hissəsini boşaltmağa çağırır.
Xatırladaq ki, dünən səhərə yaxın polis güclü su şırnaqları ilə fasiləsiz aksiya keçirən nümayişçiləri güc tətbiq etməklə dağıtmışdı. Əməliyyatın gedişində etiraz aksiyasının 237 iştirakçısı tutulmuş, 7-si nümayiş iştirakçısı olmaqla 18 nəfər yaralanmışdı.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05