Etibar Pirverdiyevin başı 850 milyonluq qalmaqalda
09:57 24-06-2015
İQTİSADİYYAT
Etibar Pirverdiyevin başı 850 milyonluq qalmaqalda
"Azərenerji" prezidentinin Beynəlxalq Bank vasitəsilə götürdüyü kreditin müəmmalı aqibəti
Son günlər respublikada fəaliyyət göstərən iş adamlarının, ayrı-ayrı vəzifə sahiblərinin problemli kreditlərlə bağlı istintaqa cəlb edilməsi günün aktual mövzusu statusunu qoruyub saxlamaqdadır. Xatırladaq ki, götürdükləri milyonlarla kredit borcunu qaytarmayan bir neçə tanınmış iş adamı həbs olunmuş, borcları ödəndikdən sonra isə azad edilmişdi.
"Unikal" qəzetinə daxil olan səhih informasiyaya görə, müvafiq orqanlar bundan sonra da problemli kreditlərlə bağlı lazımi addımları atmağı düşünür. Belə ki, götürdükləri və dəyəri milyonlarla ifadə olunan kredit borcunu ödəməyə çətinlik çəkən sahibkar və dövlət məmurlarının siyahısı hazırlanıb və yaxın günlərdə həmin siyahıda adları yer alan şəxslərlə bağlı ciddi ölçü götürüləcəyi bildirilir. Həmin şəxslərdən biri də "Azərenerji" prezidenti Etibar Pirverdiyevdir.
Mövzuyla bağlı "Unikal" qəzetinin əməkdaşına danışan mənbənin sözlərinə görə son zamanlar Etibar Pirverdiyev hakim dairələrdə bir vaxtlar yüksək olan etimadını itirməkdədir: "Bunun isə ciddi səbəbləri var. Məlumata görə, adı bir neçə qaranlıq maliyyə maxinasiyalarında hallanan "Azərenerji" şefi hazırda çətin günlərini yaşayır. Onun durumunu daha da kritikləşdirən amillərdən biri isə Beynəlxalq Bankın təqdimatı əsasında xarici bankların birindən götürdüyü və aqibətinin bu günə qədər qaranlıq qaldığı 850 milyonluq kredit borcudur. Olduqca aşağı, cəmi 2 faizlə götürülən kredit borcunun sonrakı təyinatı, həmin borcun ödənilməsindəki problem və digər bu kimi hallar isə artıq Etibar Pirverdiyev üçün ciddi çətinliklər yaradıb".
Xatırladaq ki, bir müddət öncə də ölkə mətbuatında "Azərenerji" prezidenti Etibar Pirverdiyevin istintaqa cəlb edilməsi ilə bağlı xəbərlər dərc olunmuşdu. Məsələn, "Yeni Müsavat" qəzeti E.Pirverdiyevin mayın 19-da BMCMİ-yə çağırılması barədə xəbər yaymışdı. Sözügedən xəbərdə bildirilirdi ki, E.Pirverdiyev idarədə bir neçə saat dindirilib.
Görünən isə odur ki, Etibar Pirverdiyevin başının üzərindəki "qara buludlar" getdikcə daha da sıxlaşmaqdadır. Mövzuyla bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə digər təfərrüatlarla bağlı da məlumat verməyə çalışacağıq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53