Satqın Arif Məmmədov xəyanətkar müxalifətlə birləşdi
15:42 26-06-2015
İQTİSADİYYAT
Satqın Arif Məmmədov xəyanətkar
müxalifətlə birləşdi
Qərbin əlində alətə cevrilən səfir
Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və ermənipərəs
Rüstəm İbrahimbəyovla bir arada
Bir vaxtlar ölkəmizi İslam Əməkdaşlıq Təşkilatında təmsil etmiş, məlum olaylardan sonra isə geri çağırılmış sabiq səfir Arif Məmmədov ötən gün səsləndirdiyi bəyanatla təxminləri doğrultdu. Məlumat üçün bildirək ki, sabiq səfirin ətrafında cərayan edən hadisələr hələ yeni başlayarkən "Unikal" qəzeti olaraq Arif Məmmədovun Azərbaycana düşmən olan bəlli güclərlə eyni mərkəzdən idarə olunduğunu yazmışdıq. Arif Məmmədov isə özünün facebook hesabından yaymış olduğu çağırışla bu təxminləri təsdiq etməklə, həm də xəyanətkarlarla bir sırada yer aldığını isbatlamış oldu.
Xatırladaq ki, Arif Məmmədov öz facebook profilində müxalifət mətbuatının "şok" adlandırdığı, əslində isə artıq hər kəsin gözlədiyi bir müraciət yayıb. Bu müraciətdə keçmiş səfir radikal müxalifətin xəyanətkar simaları ilə bir yerdə olduğunu rəsmən təsdiqləyib. "Unikal" qəzeti olaraq baş verənlərə qiymətimizi verməzdən öncə sözügedən müraciəti olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
"Dəyərli dostlar, bacı və qardaşlar! Mətbuatda müxtəlif məlumatların yayılması ilə əlaqədar bir çox dostlar mənə müraciət edərək həqiqəti öyrənmək istəyirlər.Mənim qısa cavabım əvvəlkilərdən fərqli deyil:
Azadlıq qəzetinə inanın,
Azərbaycan Saatına inanın,
Uca Xalqımızın fəxri və cəsarətli simaları olan professor Cəmil Həsənli bəyə inanın,
Əli Kərimli bəyə inanın,
Qənimət Zahid bəyə inanın,
Vidadi Mirkamal bəyə inanın,
Gültəkin Hacıbəyli xanıma inanın,
onların silahdaşlarına inanın
və onlara inanırsınızsa,
mənə də inanın!
Hörmətlə, sizin səfir Arif Məmmədov".
Özlüyündə hər şey aydındır və əslində baş verənlər o qədər açıq konteksdədir ki, hansısa əlavə şərh və izahata belə ehtiyac qalmır. Bununla belə bəzi qeydlərimizi diqqətinizə çatdırmaq qərarına gəldik. Əvvəla, qeyd edək ki, Arif Məmmədov "Əli Kərimliyə, Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə inanırsınızsa, mənə də inanın" çağırışını etməklə yenicə qədəm qoymağa çalışdığı siyasət dəhlizlərində əməllicə azdığını göstərmiş oldu. Bu adam məgər başa düşmür ki, onun adlarını hallandırdığı şəxslərə daha heç özləri də inanmır, nəinki xalq. "Onlara inanırsınısza mənə də inanın" söyləyən səfirin bu çağırışından çıxan nəticəsi isə budur ki, xalq Əli Kərimliyə, Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə inanmadığı kimi Arif Məmmədova da inanmır və inanmayacaq. Bunun üçünsə ciddi əsaslar var, onlara göz ataq...
Bu həmin Əli Kərimlidir ki, zamanında öz liderinə belə xəyanət edib, onun başı üzərindən, məxfi şəkildə separat danışıqlar, təmaslar yaradıb. Bu həmin şəxsdir ki, öz partiyasının üzvlərini belə şantaj etməkdən çəkinmir, onları qorxu altında nəzarətində saxlamağa çalışır. Əli Kərimlinin "keyfiyyətləri" haqda daha çox yazıla bilərdi, amma bunları hər kəs bildiyindən əlavə vaxt itkisinə yol vermədən, növbəti xəyanət simvolu haqda qeydlərə keçək...
Cəmil Həsənli – tarixçi professor bir vaxtlar Azərbaycan parlamentində təmsil olunarkən indi danışdıqlarının 180 dərəcə əksini danışır və yazırdı. Bunu sübuta yetirən çoxsaylı video və yazılı faktlar da var. Milli Məclisə yenidən seçilə bilməməsinin hayıfını Azərbaycan hakimiyyətindən almağa çalışan bu qocanın keçdiyi ziqzaqlı siyasi həyatı artıq oxucularda ikrah doğurduğundan burada yekunlaşaq.
Gültəkin Hacıbəyliyə gəldikdə isə bu adam xəyanətin simvolu yox, türklər demiş, "taa kəndisidir..." Millət vəkili olarkən yerli və beynəlxalq tribunalardan Azərbaycan hakimiyyətinin uğurlu siyasətindən bəhs edən xanım siyasətçinin niyə döndüyünü isə özündən yaxşı bilən yoxdur. Müxalifətin xəyanətkarlıq simvollarından biri olan Rüstəm İbrahimbəyovla bağlı da situasiya fərqli deyil. Qeyri qanuni zəbt etdiyi torpaq sahəsinin əlindən çıxmasından sonra Azərbaycan hakimiyyətinə düşmən kəsilən bu kino ustası siyasətdə nə qədər naşı olduğunu artıq təsdiqləyib.
Bütün bunları bir daha xatırlatmaqda məqsədimiz isə Azərbaycan müxalifətinin hansı rəzil durumda olmasını göstərmək ehtiyacından yarandı. Hətta milyon sıfırın cəmi belə sıfır etdiyi kimi, sonsuz sayda iflasa uğramışların birləşməsi də keyfiyyət dəyişikliyinə səbəb olmur. Bu baxımdan Arif Məmmədovun xəyanətkarlar dəstəsinə qoşulduğunu bəyan etməsinin ardınca Milli Şura tərəfdarları arasında yaranmış səs-küyə sadəcə gülmək qalır. Adamlar hələ də "ağ atlı oğlan" gözləntisindədirlər, "ağ atın" tərkindən yıxılmış Cəmil Həsənli, Rüstəm İbrahimbəyov və digərləri isə yorğun baxışlarını indi Arif Məmmədova zilləyib. Bunun isə bir adı var: "Aşağılıq kompleksi"...
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05