Cahangir Əsgərova rəqib yaratmış şirkətdən yeni xəbər
15:43 26-06-2015
İQTİSADİYYAT
Cahangir Əsgərova rəqib yaratmış şirkətdən yeni xəbər
"Synergy Group" ASC ticarət sektorunda iştirakını dərinləşdirir
Azərbaycanın ən surətlə inkişaf edən holdinqlərindən biri olan "Synergy Group" ASC bu ilin mayında sayca ikinci ticarət şirkətini yaradıb. 2010-cu ildən istehsal, inşaat, inşaat materialları, kənd təsərrüfatı, təhsil, turizm və otel biznesi sahələrində fəaliyyət göstərən holding ticarət sahəsində də iştirakını inkişaf etdirir.
Vergilər Nazirliyinin məlumatına görə, iyunun 18-də "Synergy Trading" MMC dövlət qeydiyyatından keçib. Şirkətin rəsmi ünvanı Azərbaycanın ən sürətlə inkişaf edən holdinqlərindən biri olan "Synergy Group" ASC-nin mərkəzi ofisi ilə eyni ünvana təsadüf edir - Bakı, Zərifə Əliyeva küçəsi, 55 ("Yeni Həyat" biznes mərkəzi). Bundan əvvəl qrup "Synergy Trade House" MMC-ni təsis edib.
Şirkətin nizamnamə kapitalına 500 manat yatırılıb. Şirkətin direktoru vəzifəsinə Namiq Ələsgərov təyin edilib.
Xatırladaq ki, bu il "Synergy Group" ASC öz ticarət markasından istifadə ilə dörd şirkət təsis edib ("Synergy CSR", "Synergy Jet", "Synergy Trading" və "Synergy Trade House").
"Synergy Group" ASC 2010-cu ilin aprel ayında təsis edilib. Maliyyə-sənaye qrupuna ən az 30 şirkət daxildir, onların bir hissəsi ölkənin regionlarında fəaliyyət göstərir. Holdinqin səhmlərinin 99%-i Əşrəf Kamilova məxsusdur.
Xatırladaq ki, hələ aprel ayında "Unikal" olaraq yazmışdıq ki, "Synergy Jet" şirkəti dövlət qeydiyyatından keçib. Adından göründüyü kimi, onun qeydiyyatdan keçməsi ilə faktiki olaraq ölkədə üçüncü özəl aviaşirkət yarana bilər.
Vergilər Nazirliyinin məlumatına görə, yeni şirkətin hüquqi ünvanı Bakıda yerləşən "Yeni Həyat" işgüzar mərkəzidir.
Həmin vaxt onu da qeyd etmişdik ki, ölkənin hava nəqliyyatında faktiki olaraq inhisarçılıq hökm sürür, Cahangir Əsgərovun rəhbərlik etdiyi "AZAL" - yəni "Azərbaycan Hava Yolları" QSC bu sahədə monopolist mövqelərə sahibdir. Elə müştərinin seçim imkanı məhdud olduğuna görə "AZAL" istədiyi qiyməti diktə edə bilir. Yəni uçuş biletlərinin həddən artıq bahalığı, xidmətdə keyfiyyət problemi və s. kimi amillər məhz Cahangir Əsgərovun şirkətinin inhisarçı mövqeləri ilə bağlıdır.
Amma "Synergy Jet" şirkətinin dövlət qeydiyyatından keçməsi ilə faktiki olaraq ölkədə üçüncü özəl aviaşirkət yaranması ehtimalı ortaya çıxıb. Bu isə Cahangir Əsgərova gözlənilməz, eyni zamanda ciddi rəqibin meydana gəldiyini deməyə əsas verir.
İndi isə görünən odur ki, "AZAL" rəhbərinə rəqib yaradan ASC getdikcə mövqelərini gücləndirməkdə, fəaliyyət arealını genişləndirməkdədir. Belə davam edərsə, bu holdinqin digər oliqarxlara da başağrısı yarada biləcəyini istisna etməmək lazımdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05