Məmur yaxınlarının cinayət əməlləri ilə bağlı faktlar silsiləsi
15:44 26-06-2015
İQTİSADİYYAT
Məmur yaxınlarının cinayət əməlləri ilə bağlı faktlar silsiləsi
Vəzifəli şəxs cinayət törədənin doğması, qan qohumu olanda...
Gündən-günə artan çeşidli cinayət statistikasında cəmiyyətin kasıb təbəqəsinin payına düşən hadisələr çoxluq təşkil etsə də, zəngin zümrənin də ailə üzvləri, ən yaxın nəsil çevrəsindən, hüquqi qanunlar xofu daşımayan, bu və ya digər cinayətlərdə ismi keçənlərin "hünəri", "mərifətləri" mətbuat manşetlərinə qədər gəlib çıxır.
Vahim faktlarda, idbar hərəkətlərdə populyar soyadlar az qala, hər ay yenisi ilə əvəzlənir, yüksək mənsəb sahiblərinin statusları öz doğmalarının sirrinin faş olunmaması, ictimai qınaqdan qorunmasında güclü zirehə çevrilə bilmir.
Bəlkə bu zireh həbsxana divarlarında, məhkəmə zallarında hadisənin qapanmasında, sadəcə, ikicə kəlmənin ucunda yetərli potensiala malikdir. Amma boğulması mümkünsüz ictimai düşüncədə tanınan ailələrin də halı aşağı sinifin halına qarışır, varlılar öz soyadlarının, şərəf və ləyaqətin qorunması imtahanından üzüağ çıxmaqda çətin vəziyyətlə qarşı-qarşıya gəlir.
Yaxın iki ildən başlayaraq, ta ötən həftəki təqvimə qədər, mətbu arxivlər bir neçə icra hakimiyyəti başçısı, bir neçə millət vəkili, başqa dövlət qurumlarındakı yüksək məqam sahiblərinin ailə, yaxın qan qohumlarının cinayət əməlləri ilə bağlı faktlar silsiləsini qarşımıza obyektiv reallıq kimi qoyur.
Bir maddi yoxsulun, səfilin kiminsə cibinə girməsi, oğurluq etməsi, bir cahil və nadanın primitiv mübahisə, çəp gələn mənasız bir söz üzərindən qarşısındakını qətlə yetirməsinə haqq verilməsə də, başa düşmək olar- aclıq, amansız ehtiyac onu arzuolunmaz əyri yollara sürükləyir, bisavadlığı isə şüurunu gücsüzləşdirir deyə, insan münasibətlərini idrak etməyə zorlanır.
Amma səfalət nə olduğunu bilməyən bir zənginin, ortababın dələduzluq yolunu seçməsi, yaxud, bir nüfuzlu, oxumuş məmur balasının yüksək sürətə zövqlənib, birisinin ölümünə, əlil qalmasına baiskarlığını, başqa bir yüksək imkanlara malik ailə övladının hansısa sözü həzm edə bilməyib, dostuna, tanışına bədən xəsarəti yetirməsini isə anlamaq o qədər də asan deyil.
Çünki bu insanlar üçün yazılmamış əxlaq qanunları var ki, nüfuzlu ataya, əmiyə, hətta sinəsində millət vəkili nişanı gəzdirən anaya görə mənəvi qanunlara tebeçilik məcburiyyəti daşıyırlar. Ailə böyüyü, nəsil böyüyü, özü də bu böyük hər zaman cəmiyyətin gözləri qabağında olan birisidirsə, etimad və hörmətinin ciddi cat almamasında doğma ətrafın üzərinə böyük məsuliyyət düşür...
Vəfa Allahverdiyeva
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05