Cahangir Əsgərovun pul böhranı dərinləşir
10:09 30-06-2015
İQTİSADİYYAT
Cahangir Əsgərovun pul böhranı dərinləşir
"AZAL" niyə çətin vəziyyətə düşüb?
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun maliyyələşdirdiyi "AZAL" futbol klubu pulsuzluq girdabında çabalayır. Dünən yayılan bir məlumata görə, Əsgərovun klubunun maliyyə baxımından çökdüyünü sübut edən daha bir məsələ var.
Belə ki, "təyyarəçilər" pulsuzluğa görə xaricə toplanışa gedə bilməyəcəklər. Komandanın yay təlim-məşq toplanışının bir hissəsini Türkiyədə keçirəcəyi gözlənilirdi. Amma indi məlum olub ki, AZAL növbəti mövsümə Türkiyə əvəzinə Şüvəlanda hazırlaşacaq.
Qeyd edək ki, hələ üç gün əvvəl Cahangir Əsgərovun futbol klubunda maliyyə böhranı yarandığına dair xəbər verilmişdi. Xəbərdə deyilirdi ki, komandanın dağılacağı gözlənilir. "Klub rəsmiləri bu məlumatı təkzib etsələr də, reallıq başqadır. Rəsmilər yaxın günlərdə futbolçulara olan borcun ödəniləcəyini də qeyd etmişdilər. Onu da vurğulamışdılar ki, AZAL güclü futbolçular transfer edərək, iddialı klub olacaq.
Ancaq üstündən xeyi müddət keçməsinə baxmayaraq, borclar hələ də ödənilməyib. Üstəlik, klubun vitse-prezidenti Fikrət Hüseynov bildirib ki, AZAL strategiyasını dəyişəcək. Komanda legionerlərdən tamamilə imtina edəcək və gənc futbolçulara güvənəcək" - deyə məlumatda deyilirdi.
Bildirilir ki, Cahangir Əsgərov müflis olduğuna görə, klub saxlamaq iqtidarında deyil. Ona görə də gənclərlə çempionatı sadəcə, yola vermək niyyəti güdürlər.
Amma AZAL-ın problemləri bununla həllini tapmır. Cahangir Əsgərov bu borcu ödəmək iqtidarında deyil. Legionerlərin isə FİFA-ya müraciət edəcəyi şəksizdi. Bu amili nəzərə alan klub rəhbərliyi saxtakarlığa hazırlaşır. AZAL da adını dəyişdirməyi planlaşdırır.
Klub rəhbərliyi məsələylə bağlı qurumun baş katibi Elxan Məmmədovla görüşüb. Görüşdə saxtakarlığın necə həyata keçiriləcəyi müzakirə olunub. Güman ki, AZAL-ın adı dəyişdirilərək "Şüvəlan" olacaq. Bununla da komanda legionerlərə olan borcdan qurtulacaq.
Göründüyü kimi, "AZAL" rəhbərinin üzləşdiyi maliyyə böhranı artıq ciddi müstəviyə keçib və get-gedə daha da dərinləşməkdədir. Bu prosesin nə qədər davam edəcəyi və necə yekunlaşacağı isə maraq doğurur.
Emin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05