Elman Rüstəmovdan bankları şoka salacaq qərar
13:21 01-07-2015
İQTİSADİYYAT
Elman Rüstəmovdan bankları şoka salacaq qərar
Kreditlərdə dəyişikliklər barədə qərardan gizli inciklik var
Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditlərinin rəsmiləşdirilməsində bank xidmətlərinə görə komissiya yığımlarının məhdudlaşdırılması barədə qərarı onların verilməsi prosesinə təsir etməyəcək. Bunu ölkənin riteyl-bazarının ən iri banklarından biri olan "Kapital Bank" ASC-dən deyiblər.
AMB-nin bu təlimatı bütün banklara və digər kredit təşkilatlarına göndərilib.
Bankdan bidiriblər ki, biz hətta milli valyutanın devalvasiyasından (2015-ci il fevralın 21-də manatın məzənnəsi təqribən 34 faiz artmışdı) sonra kreditlərin verilməsini dayandırmadıq: "Hərçənd məzənnənin dəyişməsi güclü olmasa da, banka təsir etdi. Hesab edirəm ki, bu qərar bankın kredit fəaliyyətindən gəlirlərinə təsir edəcək, lakin biz istehlak kreditlərinin verilməsini dayandırmağa hazırlaşmırıq. Çünki maliyyə sabitliyimiz bizə bu istiqamətdə işimizi davam etdirməyə imkan verir".
"Kapital Bank"dan qeyd ediblər ki, indiyədək kreditlər üzrə komissiya yığımlarının həcmi onların verilməsindən asılı olaraq 3-6 faiz arasında təşkil edib, lakin bank vaxtaşırı olaraq müxtəlif kredit aksiyaları keçirir, aksiyaların şərtlərindən biri isə komissiyanın azaldılmasıdır.
Bankdan onu da bildiriblər ki, bazarda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı bank xidmətlərinə görə komissiya yığımlarının orta hesabla həcmi onların verilmə müddətindən asılı olaraq 3-7 faiz təşkil edir: "Hazırda banklar komissiyanı 1 faizə endirmək məcburiyyətində qalacaqlar. Bunun banklara necə təsir edəcəyini indi söyləmək olduqca çətindir. Lakin bu, birmənalı olaraq onların gəlirlərinin azalmasına gətirib çıxaracaq".
"Kapital Bank"dan verilən məlumata görə, AMB-nin qərarı onlar üçün çox gözlənilməz oldu və bank rəhbərliyi gələcək kredit fəaliyyəti barədə hələ konkret qərar qəbul etməyib: "Bu, olduqca gözlənilməz qərardır. Bir neçə ay əvvəl 2015-ci il üçün planlara baxarkən biz bu faktoru nəzərə almadıq, çünki bunun üçün heç bir ilkin şərait mövcud deyildi. Əgər AMB belə bir qərar qəbul edibsə, deməli, o, nəyəsə əsaslanır. Hələ bu məsələ ilə bağlı konkret qərarımız yoxdur, lakin biz yaxın gələcəkdə fəaliyyət istiqamətini dəyişməyə hazırlaşmırıq".
"Unikal"ın əldə etdiyi xəbərə görə, Elman Rüstəmovun məlum qərarı digər banklar üçün də gözlənilməz olub. Bu qərar onlarda şok effekti yaradıb.
İddiaya görə, hələlik banklar narazılıqlarını açıq biruzə verməsələr də, onlar belə bir addımdan ciddi inciklik keçirirlər. Gözlənilən odur ki, Elman Rüstəmovun bank sistemini idarəetməsindən onsuz da narazı olan bankların AMB rəhbərinə qarşı etirazı sözügedən qərarla daha da dərinləşəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05