Rövnəq Abdullayevdən Etibar Pirverdiyevə ağır zərbə
09:25 02-07-2015
İQTİSADİYYAT
Rövnəq Abdullayevdən Etibar Pirverdiyevə ağır zərbə
"Azərenerji" prezidentinə yeni bəd xəbər: SOCAR onu məhkəmədə uddu
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib. Bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.
Bu ilin yanvarın 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib.
Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.
Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarına yenidən baxılması üçün məhkəməyə apellyasiya ərizəsi ilə müraciət etməyib.
Qeyd edək ki, borcun məbləği açıqlanmır. Onu da deyək ki, son vaxtlar Etibar Pirverdiyev ancaq bəd xəbərlər alır. Bir zamanlar hökumətin ən nüfuzlu oliqarxlarından sayılan Pirverdiyev artıq əvvəlki qüdrətindən xeyli uzağa düşüb. O səlahiyyətlərinin əhəmiyyətli hissəsini "Azərişıq" ASC-yə uduzub, şəxsi biznesinin xeyli hissəsini isə itirib.
Ona görə də indi Pirverdiyevin narazı qaldığı hansısa məhkəmə qərarından apellyasiya şikayəti verib yenidən uduzmasını təbii qarşılamaq lazımdır.Yəni "Azərenerji" prezidentinin sözü daha əvvəlki kimi keçmir.
Toğrul
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05