Azərbaycanda qızıl satışı niyə artıb?
Göz qamaşdıran, baş gicəlləndirən qızıl kimi qiymətlər
XV əsrdə yaşamış Fransa kralı II Henrinin ağlını başından alan Diana de Puatıe adlı gözəlçə tərəvatini itirməmək üçün onun tozunu suya qatıb içirmiş. Məhz naməlum maddə sayəsində o, 60 yaşında üzündə heç bir qırış olmadan, özündən 11 yaş cavan kralın sevimli məşuqəsi sayılır, saraydakı bütün flerinkalara meydan oxuyurdu. Amma gözəlliyinin sirri uzun çəkmir.
Öldüyü zaman alimlər sümüklərində normadan 250 dəfə artıq bir maddə aşkar etdilər. Həmin maddə isə qızıl olur. Qızıl indi də qadının gözəl görünməsi üçün əsas silah hesab olunur. Xüsusilə müsəlman ölkələrində daxili bazarda qızıl istehlakı böhran, devalvasiya, resessiya kimi iqtisadi problemlər tanımır.
Dünyada qızıl bazarı
Əvvəla bildirək ki, 1968-ci ildən etibarən qızılın qiyməti istisnasız olaraq ABŞ dolları ilə hesablanır. Hazırda dünya qızıl bazarı alqı-satqı əməliyyatlarını həyata keçirmək hüququ olan bir neçə bankdan ibarət konsorsiumun əlindədir. Onlar satıcılarla alıcılar arasında vasitəçilik edir, tələb ərizələrini toplayır, uyğunlaşdırır və orta qiyməti (adətən, gündə iki dəfə) müəyyənləşdirirlər.
Qızıl bazarları üç qrupa bölünür:
1) Beynəlxalq;
2) Daxili açıq;
3) Yerli nəzarət olunan.
O ki qaldı bazara, 50-yə yaxın qızıl bazarı var. Onun 11-i Qərbi Avropada ( London, Surix, Paris, Cenevə, Frankfurt), 19-u Asiyada (Tokyo, Beyrut, Honkonq), 14-ü Amerikada (5-i ABŞ-da ), 8-i Afrikada yerləşir. Dövriyyə həcminə görə onların ən böyüyü London, Sürix, Nyu-York və Çikaqoda olanlardır. Beş firmanın nəzarətində olan bu bazarlarda hər iş günü ərzində iki dəfə orta qiymət müəyyənləşdirilir. Bizim ölkəmizdə də Fatma, Gülçöhrə, Əhməd dünya bazarına uyğunlaşdırılmış qiymət əsasında qızılı alır. Kimisi yığım, kimis də bəzək əşyası kimi.
Ölkədə qızılın satışı artıb
Bazardakı vəziyyəti araşdırmaq üçün ilk öncə qiymətlərin nisbətən əlçatan olduğu "Moskva" univermağına baş çəkdik. Bizi qiymətlərlə tanış edən satıcının sözlərinə görə, 750 əyarlı qızılın bir qramı 45 manatdan, 585 əyarlı qızılın bir qramı isə 35 manat, 583 əyyar qızılın qiyməti 25 manatdan yuxarı satılır. O da məlum oldu ki dolların manata nəzərən bahalaşmasından sonra qızılın alışı artıb: "İnsanlar qızıllarını satırlar. Nəinki yenisini alır".
O ki qaldı qızılın niyə bu qədər baha olmasına, həmsöhbətimiz deyir ki, ölkədə qanunlar sərtləşib: "20 qramdan çox qızıl idxalı satış məqsədli sayılır. 1 qram platin üçün - 2 manat, 375 əyarlı qızılda - 80 qəpik, 500 əyarlı qızılda -1 manat, 585 əyarlı qızılda - 1 manat 20 qəpik, 750 əyarlı qızılda - 1 manat 50 qəpik, 958 əyarlı qızılda - 1 manat 80 qəpik, 999 əyarlı qızılda isə - 2 manat aksiz vergisi ödənilir. Almazın 1 karatına isə - 200 manat aksiz dərəcəsi alınır".
"Mərkəzi Univermaq"da (camaat arasında ÇUM deyilir) daha yüksək qiymətlərlə qarşılaşdıq. Xüsusilə dəstlər daha çəkili olduğundan və qiymətli daş-qaşlarla bəzədildiyindən qiymətlər boğaz qurudurdu.
Məsələn, "univermaqda" dəstlər ən yaxşı halda 3000 manatdan başlayaraq 100 min manatı ötür. Əyyarların qrama əsasən qiymətinə gəlincə, bu zinyət əşyasını istehsal edən şirkətə görə dəyişir. Amma bazar qiymət 750 əyarlı qızılda 45-50 manatdan, 585 əyarlı qızılda 37 manat, 583 əyarlı qızılda 30 manatdan başlayır. Suallarımıza cavab verən Namiq adlı satıcı bildirdi ki, satış üzrə dominantlıq yenə də 750 əyar qızıldadır. O ki qaldı bazarın aktivliyinə, "qızıla daim tələbat var. Düzdür, son 2 ildə satış bir qədər zəifləyib. Amma bazar ölüb deməzdim" - deyə ÇUM-da 10 ildir "külüng vurduğunu" iddia edən Namiq bazarı qısaca olaraq belə şərh etdi.
Qızıl "dirilir"?
Mövzu ətrafında rəyini öyrəndiyimiz iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər. 24.7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181.9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7.23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib":
2012-2014-cü illərdə qızılın dünya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır".
İqtisadçı bildirir ki, qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da, hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır.
V.Bayramov qızıl həvəskarlarına şad xəbər də verdi. Onun sözlərinə görə, Azərbaycanda da qızlın qiymətində yaxın günlərdə artımların olacağı gözlənilir: "Bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı, bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır".
Dünyada qızıla tələb
11 ton azalıb
Qızıl hər zaman əlverişli yığım vasitəsi hesab edilir. Düzdür, qızılın fiziki istifadəçisi əsas etibarilə zərgərlik sənayesidir. Bu sektorda tələbat qiymətdən asılıdır: ikinci aşağı olduqda birinci artır, yuxarı olduqda isə azalır. İqtisadi böhran dövründə bu qanunauyğunluq işləmir. Belə ki, əhalinin gəlirlərinin azalması nəticəsində qızılın aşağı qiyməti belə yuvelir məmulatlarına tələbatı artırmır. Amma əvəzində qızılın yığım vasitəsi kimi rolu artır. Çünki milli valyutaların mövqeyinin zəifləməsi insanları öz vəsaitlərini daha etibarlı görünən qızıla yatırmalarına səbəb olur.
Maraqlıdır ki, hazırda qızıla olan tələb azalıb. Dünya Qızıl Şurasının (World Cold Council) hesabatına inansaq, dünyada qızıla tələb 2014-cü illə müqayisədə 11 ton düşüb.
Leyla Əliyeva
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05