"AST Telman"a Rusiyada yeni şok
10:38 03-07-2015
İQTİSADİYYAT
"AST Telman"a
Rusiyada yeni şok
Azərbaycanlı milyarder Moskvada otel tikə bilmədi, borca görə torpağını verdi
Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan "KBF AST" ASC Moskvanın Nikitsk bulvarı, 6/20 ünvanında otel inşası layihəsini ləğv edib.
virtualaz.org saytı xəbər verir ki, buna səbəb biznesmenin otel tikintisi üçün aldığı torpaq sahəsini borca görə Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə verməsidir.
"Vedomosti" qəzetinin Moskva hökumətindəki mənbəyə istinadən yaydığı xəbərə görə, T.İsmayılov 27 min kvadratmetrlik otel kompleksinin tikintisi üçün nəzərdə tutulan və 10 ildir mülkiyyətçisi olduğu ərazini ödəyə bilmədiyi borclarına görə "Luazo Corporation" şirkətinə verib.
Mənbə deyib ki, 2009-cu ildə "Çerkizovsk" bazarının bağlanmasından sonra AST şirkətlər qrupu üçün vəziyyət dəyişməyə başlayıb və holdinqin maliyyə göstəriciləri durmadan pisləşib.
"Luazo Corporation" şirkəti "AST Group"un partnyorudur. T.İsmayılovun bu şirkət qarşısında nə qədər borc öhdəliklərinin olduğu göstərilməyib. Moskvadakı torpaq sahəsinin borca görə verilməsi sövdələşməsinə əsasən həmin ərazinin 45 faizi "Luazo Corporation"un mülkiyyətinə keçib, 53,5 faizi Moskva meriyasının mülkiyyətində qalıb, cəmi 1 faizini "KBF AST" özündə saxlayır.
"Fortrast Global" şirkətinin saytında yerləşdirilmiş məlumat da T.İsmayılovun həmin torpaq sahəsini yeni investora verdiyini təsdiqləyir. Bu şirkətin minoritar səhmdarlarından biri və rəhbəri İsazadə Zaur Natiq oğludur. Həmin şəxs eyni zamanda "Luazo Corporation" şirkətinin baş direktorudur.
"Fortrast Global"ın saytında göstərilir ki, Moskvanın Nikitsk bulvarında otel kompleksinin inşası layihəsi bu şirkətin investisiya portfelinə daxildir.
T.İsmayılov borclarından birini torpaq sahəsini verməklə bağlasa da başqa borcları hələ qalır. Onun "Bank Moskva" qarşısında 4 milyard rubl məbləğində vaxtı keçmiş kredit borcu öhdəliyi var. T.İsmayılov bu krediti qaytarmaq üçün ona məxsus "Tropikano" biznes-mərkəzini və "İzmaylovsk" ticarət mərkəzini satışa çıxarıb. Əgər satışdan əldə edilən vəsaitlər borcu ödəməyə bəs etməsə, biznesmen ona məxsus məşhur "Praqa" restoranını da satışa çıxaracaq.
Xatırladaq ki, T.İsmayılovun Türkiyədə də banklara kredit borcları var. Bu borclar üzündən biznesmenin Antalyadakı "Mardan Palace" otelinə həbs qoyulmuşdu və hərraca çıxarılmışdı. Lakin otelin satışına dair hərracın keçirilməsinə bir-iki gün qalmış T.İsmayılov borclu olduğu "Xalq Bank"la kredit borclarının restruktizasiyasına dair razılaşma əldə edə bildi və otel üzərində mülkiyyət hüququnu saxladı.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05