Hacıbala Abutalıbovun yaxın adamı olan məmur həbs edildi
09:58 04-07-2015
İQTİSADİYYAT
Hacıbala Abutalıbovun yaxın adamı olan məmur həbs edildi
Vergilər Nazirliyi Bakı merinin "çətiri" altında olan "Bakılift-təmir"in baş direktorunun 8 milyonluq maxinasiyasını aşkarladı
Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki "Bakılift-təmir" İstehsalat Birliyində yoxlamaları yekunlaşıb. Uzun müddətdir davam edən yoxlamalar nəticəsində, əvvəllər də məlumat verdiyimiz kimi, ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb.
Bu nəticələr əsasında 3 böyük idarənin - "Bakılift-təmir"ə tabe olan "Baklift-1", "Bakılift-2", "Bakılift-3" ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri qandallanaraq, həbs edilib. Araşdırma zamanı "Bakılift-təmir"in baş direktoru Qüdrət Şükürovun sürücüsünün "adına" nə az-nə çox, düz 5 milyon manatlıq əmlak olduğu üzə çıxmışdı. Bununla bağlı saytda dərc edilmiş yazıda qeyd olunurdu ki, Q.Şükürovun sürücüsünün "adına" Bakının mərkəzindəki "Alov qüllələri" kompleksində dəyəri 5 milyon manat olan mənzil var! İzahat üçün deyək ki, həm "Alov qüllələri" kompleksində, həm də "Hilton" hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.
Onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında "Bakılift-təmir"in də adı var. Aldığımız məlumata görə "Bakılift-təmir"in rəsmən 8 milyon manat vergi borcu var idi.
Q.Şükürov bu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub. H.Abutalıbovun kadr seçiminin "özəlliyi" haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb.
"Unikal"a daxil olan məlumata görə, Q.Şükürova məxsus "Range Rover" markalı maşından 100 min ABŞ dolları və 60 min manat oğurlanmışdı. O qədər də böyük bir vəzifə sahibi olmayan birisinin maşınından bu qədər pulun olması da onun hansı prinsiplərlə işlədiyini ortaya qoyur. Vergilər Nazirliyinin son əməliyyatı isə deyilənləri sübut etdi.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05